Send linket til app

Uşaq Qaynar Xetti


4.0 ( 5840 ratings )
Livsstil Uddannelse
Forfatter: Uptodate In Medicine MMC
Gratis

Bu xidmət bütün uşaqlar tərəfindən onların yar¬dı¬ma ehtiyacı olduğu və kiminləsə danışmaq istədiyi vaxt onlara ixtisaslaşmış konsultantla anonim telefon söhbəti etmək imkanı verir. Söhbət zamanı konsultant tərəfindən zəng edən şəxsə müvafiq informasiya və ilkin emosional - psixoloji dəstək verilir. Adətən qaynar xətt xidməti mürəkkəb, ziddiyyətli mövzularla bağlı konsultasiya verməkdən ötrü istifadə edilir. Bu mövzulara müzakirəsi şəxsi (əyani) söhbət zamanı çətinlik yarada bilən mövzular daxildir: şəxsiyyətlərarası və seksual münasibətlər, stiqmalı xəstəliklər, narkotikadan istifadə və cinayətkarlıq.

Uşaq qaynar xətt xidməti uşaqlar və onların müdafiəsini özünün başlıca prinsipi kimi götürürərək onlar üçün təcili yardım və uzunmüddətli xidmətlərlə əlaqələndirməni təmin edir. Uşaq Qaynar Xətt xidməti bütün gün ərzində ödənişsiz əsaslarla əsasən uşaqlar və çətin vəziyyətdə olan istənilən şəxslə əlaqələnin qurulmasına və lazımi emosional-psixoloji yardımın göstərilməsinə şərait yaradır. Bu xidmət uşaq və gənclərə onlara birbaşa təsir edən məsələlər barədə öz fikirlərini ifadə etmək və danışmaq imkanı verir. Uşaq Qaynar Xətt xidməti uşaq və gənclərin öz problemlərini aydınlaşdıra bilmək hüquqlarına malik olmasına əsaslanaraq yaradılmışdır.